Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, İraq parlamentinin üzvü Suzan əs-Səd bəyanatında İran uçuşlarının dayandırılması qərarının doğura biləcəyi nəticələrdən narahatlığını ifadə edib və vurğulayıb: Hökumət bu qərarın hər iki ölkə üçün doğuracağı iqtisadi və humanitar zərərlərin miqyasını araşdırmalıdır.
Suzan Əs-Səd bildirib: İran uçuşlarının dayandırılması qərarının nəticələrindən narahatlığımızı ifadə edirik. Bizimlə qonşu ölkə İran arasında çoxsaylı oxşar əlaqələr mövcuddur və bu addım iki ölkə arasındakı münasibətlərdə ciddi pozuntulara səbəb olacaq.
O əlavə edib: İraq təhlükəsizlik, iqtisadi və humanitar böhranın doğurduğu əziyyətləri azaltmaq üçün yolların tapılmasında müsbət rol oynamalıdır, İran xalqının üzərinə yeni yük qoymamalıdır. Digər tərəfdən, bu sanksiyaların təsiri İraq iqtisadiyyatına da sirayət edəcək. Bu isə ölkənin ciddi iqtisadi böhranla üzləşdiyi bir vaxta təsadüf edir. Əvvəllər hər gün İran zəvvarlarını daşıyan təxminən 30 reysin davamlı şəkildə həyata keçirildiyi Nəcəf Beynəlxalq Hava Limanı isə bu uçuşların dayandırılmasının ardınca hazırda tamamilə fəaliyyətini dayandırmaq və əməliyyat xərclərini qarşılamaq imkanını itirmək təhlükəsi ilə üz-üzədir.
Xabım Əs-Səd sözlərinə davam edərək bildirib: Bu addım milli iqtisadi maraqların birbaşa hədəfə alınması deməkdir. Bu dağıdıcı zərər həmçinin dini şəhərlərdə əmək bazarının strukturunda və əhalinin dolanışığında genişmiqyaslı pozuntulara səbəb olacaq. Həmin əyalətlərdə minlərlə ailənin dolanışığı dini turizm sektoru ilə sıx bağlıdır. Nəticədə hotelçilik, restoranlar və ticarət bazarları ilə yanaşı, ictimai və özəl nəqliyyat şəbəkələri də zərər görəcək.
O qeyd edib: Bu səbəbdən İraq hökumətindən İran uçuşlarının qəbul edilməməsi ilə bağlı əvvəlki qərarlarını yenidən nəzərdən keçirməsini xahiş edirik ki, bu gün mühasirədə olan İran xalqının qarşısında dayandığımız barədə belə bir təsəvvür yaranmasın. Halbuki İran xalqı həmişə İraq xalqına münasibətdə müsbət mövqe nümayiş etdirib.
Suzan Əs-Səd sözlərini davam etdirərək bildirib: Həmçinin hökuməti diplomatik kanallar vasitəsilə ABŞ tərəfi ilə ciddi və birbaşa dialoqa başlamağa təşviq edirik ki, İraq iqtisadiyyatını dəstəkləyəcək, milli qurumları sanksiyaların təhlükələrindən qoruyacaq istisnaların əldə olunmasına və bu qərarla bağlı köklü həll yolunun tapılmasına nail olunsun.

Suzan Əs-Səd
Rəyiniz